Aİ Ukraynaya milyardlarla avro ayırır: Hərbi dəstək artırılır

Aİ Ukraynaya milyardlarla avro ayırır: Hərbi dəstək artırılır

Avropa İttifaqı Şurası Ukraynaya dəstək məqsədilə Avropa Sülh Fondu çərçivəsində 4,9 milyard avro vəsait ayrılması barədə qərar verib.

Xəbəraxını xəbər verir ki, ayrılan məbləğin 4,7 milyard avrosu üzv dövlətlərin Ukraynaya göstərdiyi hərbi yardım üzrə çəkdiyi xərclərin qarşılanmasına sərf olunacaq. Daha 230 milyon avro isə Aİ-nin Ukraynaya Hərbi Yardım Missiyasının (EUMAM Ukraine) maliyyələşdirilməsinə yönəldiləcək.

Qəbul edilən qərarlar Ukraynaya dəstəyi nəzərdə tutan 6,6 milyard avroluq siyasi razılaşmanın icrasının tərkib hissəsidir. Həmin razılaşma çərçivəsində Ukraynaya əlavə olaraq 1 milyard avro dəyərində hərbi yardım göstərilməsi və 2027-ci ildə hərbi təlim missiyasının gücləndirilməsi də planlaşdırılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir