İsraildə parlament seçkilərinə start verilib. Səsvermənin nəticələri ölkənin yeni parlamentinin formalaşmasına və hökumətin qurulması prosesinə təsir edəcək.
Xəbəraxını xəbər verir ki, Bakı vaxtı ilə saat 09:00-da başlayan səsvermə nəticəsində 26-cı çağırış Knessetin yeni tərkibi müəyyənləşəcək. Seçkilərdən sonra hökumət koalisiyasının formalaşdırılması prosesi başlayacaq.
Prosesin uğurla başa çatması ilə İsrailin yeni Nazirlər Kabinetinin tərkibi və Baş nazir müəyyən ediləcək.
Səsvermənin Bakı vaxtı ilə saat 00:00-da başa çatacağı bildirilir.
