ABŞ-də Amazon yük təyyarəsi qəzaya uğrayıb: 5 nəfər ölüb

ABŞ-də Amazon yük təyyarəsi qəzaya uğrayıb: 5 nəfər ölüb

ABŞ-nin Mayami Beynəlxalq Hava Limanında Amazon şirkətinə məxsus yük təyyarəsi qəzaya uğrayıb. “Boeing 767-300” tipli təyyarə eniş zamanı uçuş-enmə zolağından çıxaraq bir neçə avtomobilə çırpılıb. Qəza nəticəsində azı 5 nəfər ölüb, daha 5 nəfər xəsarət alıb.

“Prime Air” reysi Puerto-Rikonun San-Xuan şəhərindən Mayamiyə həyata keçirilirmiş. Təyyarə 21 Air şirkəti tərəfindən istismar olunub.

Hadisə zamanı təyyarədə yanğın baş verib. Xilasetmə xidmətləri əraziyə çoxsaylı texnika və əməkdaş cəlb edib. Yaralananlardan üçünün vəziyyətinin ağır olduğu bildirilir.

Qəzanın səbəbləri ilə bağlı araşdırma ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) və Federal Aviasiya Administrasiyası (FAA) tərəfindən aparılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir