Azərbaycanda noyabrın 7-də gözlənilən küləkli hava şəraiti ilə bağlı bir sıra bölgələr üçün sarı və narıncı xəbərdarlıq elan edilib.
Xəbəraxını xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən və Ağstafada narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək. Küləyin sürətinin saniyədə 20,8-28,4 metrə qədər güclənəcəyi gözlənilir.
Kəlbəcər, Laçın, Cəbrayıl, Zəngilan, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, Qobustan, Neftçala, Salyan, Qəbələ, İsmayıllı, Göyçay, Ucar, Ağdaş, Ağsu, Kürdəmir, Biləsuvar, Cəlilabad, Lerik, Yardımlı, Qazax, Tovuz, Şəmkir, Gəncə, Samux, Göygöl, Gədəbəy, Şirvan, Yevlax, Tərtər, Ağdam və Bərdədə isə sarı xəbərdarlıq qüvvədə olacaq.
Bu ərazilərdə qərb küləyinin sürətinin saniyədə 13,9-20,7 metr təşkil edəcəyi proqnozlaşdırılır.
