“Qalatasaray”da qalmaqal: Vitse-prezident istefa verdi

“Qalatasaray”da qalmaqal: Vitse-prezident istefa verdi

Türkiyənin “Qalatasaray” klubunun vitse-prezidenti Metin Öztürk tutduğu vəzifədən istefa etdiyini açıqlayıb. Klub rəsmisi qərarını İdarə Heyətinin iclasında baş verdiyini iddia etdiyi insidentlə əlaqələndirib.

Xəbəraxını Apasport.az-a istinadən xəbər verir ki, Metin Öztürk bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

O bildirib ki, oktyabrın 27-də keçirilən İdarə Heyətinin iclası zamanı fiziki hücuma məruz qalıb, mərhum anası isə təhqir olunub.

Öztürk istefa qərarını əsaslandırarkən baş verənləri qəbul edə bilmədiyini vurğulayıb:

“Oktyabrın 27-də keçirilən İdarə Heyətinin iclasında fiziki hücuma və mərhum anama qarşı təhqirə çevrilən hərəkətləri qəbul etməyə nə ‘Qalatasaray’ tərbiyəm, nə də valideynlərimdən aldığım tərbiyə imkan verir”.

Klub rəsmisi bu gündən etibarən “Qalatasaray”ın İdarə Heyətindən, eləcə də kluba bağlı şirkətlərdə tutduğu bütün rəhbər vəzifələrindən ayrıldığını bəyan edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir