Neftçi səfərdə qələbə qazandı, Premyer Liqanın lideri oldu

Neftçi səfərdə qələbə qazandı, Premyer Liqanın lideri oldu

Misli Premyer Liqasının 10-cu turunda “Neftçi” səfərdə “Şamaxı”nı məğlub edərək turnir cədvəlinin zirvəsinə yüksəlib. Gərgin keçən qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Xəbəraxını xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən matçda hesabı 14-cü dəqiqədə Qustavo Klisman açıb. “Şamaxı”dan Abdullahi Şuaybu 24-cü dəqiqədə tarazlığı bərpa edib.

İkinci hissədə Breno Almeyda 49-cu dəqiqədə “Neftçi”ni yenidən önə keçirib. Ayman Bouali 64-cü dəqiqədə hesabı bərabərləşdirsə də, Adeleke Akinyemi 75-ci dəqiqədə vurduğu qolla paytaxt təmsilçisinə qələbə qazandırıb.

Bu nəticədən sonra xallarını 21-ə çatdıran “Neftçi” turnir cədvəlində birinci pilləyə yüksəlib. “Şamaxı” isə 13 xalla yeddinci yerdə qərarlaşıb.

Turun digər oyunlarında nə baş verib?

Tur çərçivəsində daha əvvəl keçirilən görüşlərdə “Turan Tovuz” doğma meydanda “Sabah”ı 3:2 hesabı ilə üstələyib. “Araz-Naxçıvan”la “Zirə” arasındakı qarşılaşma 2:2, “Qəbələ” – “Qarabağ” matçı isə qolsuz heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, turun digər oyununda “Kəpəz” Gəncə şəhər stadionunda “İmişli”ni qəbul edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir