Azərbaycana Vyetnamdan 515 tondan çox naqqa balığı gətirilib

Azərbaycana Vyetnamdan 515 tondan çox naqqa balığı gətirilib

Bu ilin ilk səkkiz ayında Azərbaycana Vyetnamdan 515,5 ton dondurulmuş naqqa balığı idxal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə idxalın həcmi 25 faiz artıb.

Xəbəraxını xəbər verir ki, bu müddətdə ölkəyə gətirilən naqqa balığının miqdarı əvvəlki ilin göstəricisini 102,5 ton üstələyib.

İdxal olunan məhsulun gömrük dəyərində də dəyişiklik qeydə alınıb. Belə ki, ötən ilin yanvar-avqust aylarında Vyetnamdan gətirilən naqqa balığının bir kiloqramı 2,5 manata qiymətləndirildiyi halda, bu ilin müvafiq dövründə göstərici 2,6 manat təşkil edib.

Qeyd edək ki, naqqa pulcuqsuz və yırtıcı balıq növü olduğundan Azərbaycanda digər balıq növləri ilə müqayisədə daha az istehlak edilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir