Rusiyada axtarış zamanı 250 nəfərin qalıqları tapıldı

Rusiyada axtarış zamanı 250 nəfərin qalıqları tapıldı

Rusiyanın Pskov vilayətində aparılan axtarış-qazıntı işləri zamanı təxminən 250 nəfərin qalıqları aşkarlanıb. Qalıqların Böyük Vətən müharibəsi illərində nasist konslagerinin yerləşdiyi ərazidə tapıldığı bildirilir.

Xəbəraxını “Kommersant”a istinadən xəbər verir ki, axtarış işləri Dno rayonunda “Tələbə yaddaş növbəsi: Şimal-Qərb cəbhəsi” adlı XV regionlararası ekspedisiya çərçivəsində həyata keçirilib. Ekspedisiya artıq başa çatıb.

Məlumata görə, ərazidən tapılan medalyonlar və şəxsi əşyalar vasitəsilə altı hərbçinin kimliyini ilkin olaraq müəyyənləşdirmək mümkün olub. Ekspertiza başa çatdıqdan sonra onların yaxınlarının axtarışına başlanılacaq.

Hərbçilərin və mülki şəxslərin qalıqlarının zəruri prosedurlar tamamlandıqdan sonra kütləvi məzarlıqda ehtiramla dəfn edilməsi planlaşdırılır.

Ekspedisiya zamanı toplanan materiallar isə “Müddəti olmayan tarix” layihəsi çərçivəsində soyqırımı işi üzrə araşdırmaya əlavə olunması üçün Rusiya İstintaq Komitəsinə təqdim edilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir