Fransada etirazlar DİN rəhbərini hədəfə aldı – İstefası tələb olunur

Fransada etirazlar DİN rəhbərini hədəfə aldı – İstefası tələb olunur

Fransada kütləvi etiraz aksiyaları və iğtişaşlar fonunda ölkənin daxili işlər naziri Loran Nunyesin istefası tələb edilib.

Xəbəraxını xəbər verir ki, bu barədə “France 24” telekanalına istinadən yerli media məlumat yayıb.

Məlumata görə, Fransanın “Yaşıllar” Partiyasının lideri Marin Tondelye aksiyalar zamanı hüquq-mühafizə orqanlarının fəaliyyətini sərt tənqid edib. O, daxili işlər nazirini əhalinin və əmlakın təhlükəsizliyini lazımi səviyyədə təmin edə bilməməkdə, eləcə də hadisələrin miqyasını düzgün qiymətləndirməməkdə ittiham edib.

Tondelye bəzi şəhərlərdə baş verən qarətləri və polis tərəfindən dinc nümayişçilərə qarşı güc tətbiq edilməsi ilə bağlı iddiaları da tənqid edib.

Qeyd edək ki, oktyabrın 17-də Fransanın müxtəlif şəhərlərində həyat bahalılığına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı kütləvi aksiyalar keçirilib. Nümayişlərin bir qismi iğtişaşlar, mağazaların qarət edilməsi və polislə qarşıdurmalarla müşayiət olunub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir