Azərbaycanın 23 yaşadək minifutbol üzrə milli komandası Xorvatiyada keçirilən dünya çempionatında növbəti qələbəsini qazanıb.
Xəbəraxını xəbər verir ki, yığmamız Slovakiya millisi ilə qarşılaşmada 3:2 hesabı ilə qalib gəlib. Bu nəticə ilə komandamız turnirin pley-off mərhələsinə vəsiqəni təmin edib.
Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl Birləşmiş Ərəb Əmirlikləri və Çexiya yığmalarını eyni hesabla — 4:2 məğlub edib. Komanda Rumıniya ilə görüşdə isə 3:3 hesablı heç-heçə edib.
