Bəzi bakalavr ixtisaslarında təhsil müddəti 3 il ola bilər

Bəzi bakalavr ixtisaslarında təhsil müddəti 3 il ola bilər

Bakalavriat səviyyəsində ayrı-ayrı ixtisaslar üzrə təhsil müddətinin üç ilə endirilməsi mümkündür. Bununla yanaşı, orta məktəblərdə 12 illik təhsil sisteminə keçid planlaşdırılmır.

Elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı keçirilən mətbuat konfransında bildirib ki, ali təhsildə ixtisasların müddəti onların xüsusiyyətlərinə uyğun müəyyənləşdirilməlidir.

Nazirin sözlərinə görə, turizmin təşkili kimi bəzi ixtisasların üç il ərzində tədrisi mümkün olsa da, hüquq və mühəndislik kimi sahələrdə daha uzun hazırlıq müddətinə ehtiyac yarana bilər.

Emin Əmrullayev qeyd edib ki, Bolonya sisteminə keçid zamanı müxtəlif ixtisasların eyni müddət çərçivəsinə salınmasına cəhd göstərilib. Hazırda isə bəzi ixtisaslar beş, bəziləri isə dörd il davam edir və bu müddət peşənin xüsusiyyətindən asılıdır.

Nazir əlavə edib ki, ixtisaslar üzrə təhsil müddətinin yenidən müzakirə olunmasın

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir