Səudiyyə Ərəbistanında 110 milyon tonluq uran yatağı aşkarlanıb

Səudiyyə Ərəbistanında 110 milyon tonluq uran yatağı aşkarlanıb

Səudiyyə Ərəbistanının Mədinə şəhərində tərkibində uran olan 110 milyon ton filiz yatağının aşkarlandığı açıqlanıb.

Bu barədə ölkənin energetika naziri, şahzadə Əbdüləziz bin Salman Əl Səud Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Vyanada keçirilən 70-ci Baş Konfransında çıxışı zamanı məlumat verib.

Nazir bildirib ki, Səudiyyə Ərəbistanı dünyada fosfat gübrələrinin ikinci ən böyük ixracatçısıdır və ölkədə uran ehtiyatlarının müəyyənləşdirilməsi üzrə milli proqram davam etdirilir.

Əl Səudun sözlərinə görə, Mədinədə aşkarlanan 110 milyon ton uran tərkibli filiz ölkənin nüvə enerjisi sahəsində imkanlarının genişləndirilməsinə şərait yarada bilər. O, Səudiyyə Ərəbistanının nüvə enerjisi ilə bağlı milli və tənzimləyici sistemlərini gücləndirmək istiqamətində fəaliyyətini davam etdirdiyini vurğulayıb.

Nazir, həmçinin ölkənin nüvə proqramının beynəlxalq ictimaiyyətdən təcrid olunmuş şəkildə və ya dağların dərinliklərində həyata keçirilmədiyini bildirib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir