SOCAR və FHN-dən neft-qaz müəssisələri üçün yeni addım

SOCAR və FHN-dən neft-qaz müəssisələri üçün yeni addım

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Fövqəladə Hallar Nazirliyi (FHN) arasında əməkdaşlıq çərçivəsində 4 yeni yanğınsöndürən avtomobil alınıb.

Müasir tələblərə cavab verən yanğınsöndürən avtomobillər SOCAR-ın “Azneft” İstehsalat Birliyinin neft və qazçıxarma idarələrinə təhvil verilib.

Yeni texnikaların istifadəyə verilməsi neft-qazçıxarma müəssisələrində yanğın təhlükəsizliyinin daha da gücləndirilməsinə, mümkün fövqəladə hallara operativ və effektiv müdaxilə imkanlarının artırılmasına, həmçinin insanların həyat və sağlamlığının və istehsalat obyektlərinin qorunmasına xidmət edəcək.

SOCAR və FHN arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlərin gələcəkdə də istehsalat obyektlərində yanğın təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasına, texniki və maddi-texniki imkanların daha da gücləndirilməsinə yönəldiləcəyi bildirilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir