Tibo Kurtua Millətlər Liqasında oynamayacaq

Tibo Kurtua Millətlər Liqasında oynamayacaq

Belçika millisinin qapıçısı Tibo Kurtua Millətlər Liqasında iştirak etməmək qərarına gəlib.

34 yaşlı qolkiper yeni baş məşqçi Mark van Bommel ilə görüşdən sonra bu barədə qərar verdiyini açıqlayıb. Kurtua bildirib ki, yalnız zədələr səbəbindən komandada ciddi çatışmazlıq yaranacağı halda meydana çıxa bilər.

O, Belçikanın “Final Four” mərhələsinə vəsiqə qazanacağı təqdirdə belə həmin oyunlarda iştirak etməyəcəyini qeyd edib.

Kurtua daha əvvəl dünya çempionatından sonra birillik fasilə vermək niyyətində olduğunu açıqlamışdı. Qapıçı Avropa çempionatının seçmə mərhələsi qarşılaşmaları zamanı isə yenidən milli komandaya qoşulmağa hazır olduğunu bildirib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir