Son sutka ərzində hava əsasən yağmursuz keçsə də, sentyabrın 6-sı axşam saatlarından etibarən bəzi rayonlarda yağış yağır və şimşək çaxır. Ayrı-ayrı ərazilərdə yağıntılar leysan xarakterli olub.
Ən çox yağıntı Qax rayonunun Sarıbaş kəndində qeydə alınıb – 18 mm. Zaqatalada 17, Göygöldə 8, Daşkəsəndə 6, Gədəbəy, Şəkinin Kişçay ərazisi və Şahbuzda 5 mm yağıntı düşüb.
Beyləqan, Qusar, Qəbələ və Balakəndə 4 mm, Goranboy, İmişli və Oğuzda 3 mm, Qrız, Xınalıq, Cəbrayıl, Zərdab, Tərtər, Ağstafa və Ordubadda 2 mm yağıntı qeydə alınıb.
Xaçmaz, Sədərək, Naxçıvan, Naftalan, Şəmkir, Ceyrançöl, Tovuz, Gəncə, Şamaxı, Xaltan, Bərdə, Mingəçevir, Yevlax, Sabirabad, Biləsuvar, Ağdam, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı və Füzulidə isə yağıntının miqdarı 1 mm olub.
Bəzi rayonlarda şimal-qərb küləyi güclənib. Küləyin maksimal sürəti Naftalanda 24, Goranboyda 23, Culfada isə 20 m/s təşkil edib.
