Ağdamda traktor minaya düşüb

Ağdamda traktor minaya düşüb

İşğaldan azad edilmiş Ağdam rayonunda traktorun minaya düşməsi nəticəsində sürücü xəsarət alıb.

Hadisə sentyabrın 5-də rayonun Çəmənli-Sarıcalı kəndləri ərazisində baş verib.

Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumatına görə, Ağcabədi rayonunun Şotlanlı kənd sakini, 1972-ci il təvəllüdlü Sarıyev Elmdar Xan oğlunun minalardan təmizlənməmiş ərazidə idarə etdiyi traktor minaya düşüb. Partlayış nəticəsində sürücü xəsarət alıb.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

ANAMA, DİN və Baş Prokurorluq vətəndaşlara mina təhlükəsi ilə bağlı xəbərdarlıq edərək təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.

Qurumlar mina təhlükəsi nişanlarına diqqət yetirməyi, şübhəli əşyalara toxunmamağı, tanımadıqları ərazilərə daxil olmamağı və çəpərlənmiş sahələrə müdaxilə etməməyi tövsiyə edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir