Ötən sutka ərzində Bakı və Sumqayıt şəhərlərində bağlı qapı arxasında qalma ilə bağlı 3 xilasetmə əməliyyatı həyata keçirilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, “112” qaynar telefon xəttinə daxil olan müraciətlər əsasında FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti, Bakı Regional Mərkəzi və Sumqayıt Regional Mərkəzinin qüvvələri hadisə yerlərinə cəlb olunub.
Keçirilən əməliyyatlar nəticəsində biri uşaq olmaqla iki nəfər xilas edilib. Daha bir nəfərə isə müvafiq köməklik göstərilib.
