Türkiyənin məşhur müğənnisi Sibel Canla özündən 10 yaş kiçik iş adamı Emir Sarıgülün uzun illərdir davam edən münasibətində yeni mərhələ başlayır. Cütlüyün sentyabrın 17-də Muğlanın Marmaris rayonunda keçiriləcək dəbdəbəli mərasimlə nikah masasına oturacağı bildirilir.
Münasibətlərini uzun müddətdir mediadan uzaq saxlayan cütlüyün daha əvvəl Cənubi Fransada gizli şəkildə və ya Mayamidə evlənəcəyi barədə xəbərlər yayılmışdı.
Son məlumatlara görə isə Sibel Can və Emir Sarıgül evlənmək qərarına gəlib və bununla bağlı hazırlıqlara başlayıblar.
Bildirilib ki, Marmarisdə keçiriləcək toy mərasiminə incəsənət, biznes və media sahələrinin tanınmış simaları da daxil olmaqla, təxminən 500 nəfərin qatılması gözlənilir.
