Türkiyədə 30 Avqust – Zəfər Bayramı qeyd edilir

Türkiyədə 30 Avqust – Zəfər Bayramı qeyd edilir

Bu gün Türkiyədə ölkənin tarixində mühüm əhəmiyyət daşıyan 30 Avqust – Zəfər Bayramı qeyd olunur.

Bayramın əsasını 1922-ci ildə baş verən Baş Komandanlıq Meydan Müharibəsində qazanılan qələbə təşkil edir. Avqustun 26-da başlayan döyüşlər avqustun 30-da Dumlupınarda Mustafa Kamal Atatürkün baş komandanlığı ilə Türkiyə ordusunun qələbəsi ilə başa çatıb.

Qələbə nəticəsində türk ordusu işğalçı qüvvələrin ölkə ərazisindən çıxarılmasına nail olub.

30 Avqust tarixi 1926-cı ildən etibarən Türkiyədə rəsmi olaraq Zəfər Bayramı kimi qeyd edilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir