28 oktyabrda hava necə olacaq?

28 oktyabrda hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin axşam saatlarında bəzi ərazilərdə yağış yağma ehtimalı var.

Xəbəraxını xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, paytaxtda və yarımadada şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-15, gündüz isə 16-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu, nisbi rütubət isə 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında da arabir yağış yağacağı gözlənilir. Bəzi şərq rayonlarında yağıntıların qısamüddətli leysan xarakteri alacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir. Ayrı-ayrı yerlərdə duman müşahidə oluna bilər. Rayonlarda şərq küləyi əsəcək.

Bölgələrdə gecə 12-15, gündüz 18-21 dərəcə isti proqnozlaşdırılır. Dağlıq ərazilərdə isə gecə temperatur 0-5, gündüz 5-9 dərəcə isti olacaq.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir