23 oktyabr hava necə olacaq

23 oktyabr hava necə olacaq

Azərbaycanda hava şəraiti dəyişəcək. Paytaxt və Abşeron yarımadasında əsasən yağmursuz hava proqnozlaşdırılsa da, gecə və səhər bəzi ərazilərdə yağış yağacağı gözlənilir. Rayonlarda isə güclü yağıntı, dolu və yüksək dağlıq ərazilərdə qar ehtimalı var.

Xəbəraxını xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi bildirilir. Gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimal olunur. Şimal-şərq küləyi əsəcək.

Paytaxtda havanın temperaturu gecə 15–17, gündüz 19–21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət isə 65–75 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı, ayrı-ayrı ərazilərdə yağıntıların intensiv və güclü olacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı ehtimal edilir. Axşam saatlarında qərb rayonlarında yağıntıların tədricən kəsiləcəyi bildirilir.

Gecə və səhər bəzi yerlərdə duman müşahidə olunacaq, şərq küləyi əsəcək.

Rayonlarda havanın temperaturu gecə 14–17, gündüz 19–24 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 5–9, gündüz 10–15 dərəcə isti olacaq.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir