2026-cı il üzrə Nobel mükafatının məbləği hər kateqoriya üzrə 12 milyon İsveç kronuna (təxminən 1,2 milyon ABŞ dolları) çatdırılıb.
Nobel Fondu bildirib ki, hər kateqoriya üzrə mükafat məbləği əvvəlki illə müqayisədə 1 milyon İsveç kronu (təxminən 100 min ABŞ dolları) artırılıb. 2025-ci ildə Nobel mükafatının məbləği 11 milyon İsveç kronu olub.
Qeyd edək ki, son 15 il ərzində Nobel mükafatının məbləğində bir neçə dəfə dəyişiklik edilib. Bu dəyişikliklər arasında məbləğin azaldıldığı hallar da olub.
2026-cı il Nobel mükafatı laureatlarının adları oktyabrın 5-dən 12-dək açıqlanacaq.
