Sentyabrın 17-də polis əməkdaşları tərəfindən ölkə ərazisində qeydə alınan 52, eləcə də əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması təmin edilib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, axtarışda olan ümumilikdə 121 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 96 nəfər borclu şəxs qismində axtarışda olub.
Həmçinin narkotiklərlə əlaqəli 20 fakt, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması və götürülməsi ilə bağlı isə 13 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb.
