Zaqatala rayonunda yeniyetmə qızın dəm qazından zəhərlənərək ölməsi ilə nəticələnən hadisə baş verib.
Xəbəraxını xəbər verir ki, bu barədə “Qafqazinfo” məlumat yayıb.
Hadisə bu gün saat 03:00 radələrində Zaqatala şəhərinin Vidadi küçəsində yerləşən mənzillərdən birində qeydə alınıb.
2012-ci il təvəllüdlü şəhər sakini Yağmur Qocayeva yaşadığı evdə dəm qazından zəhərlənərək vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
