Dünya əmtəə bazarlarında qiymətli metalların dəyərində azalma qeydə alınıb. Nyu-Yorkun COMEX əmtəə birjasında həm qızılın, həm də gümüşün qiyməti aşağı düşüb.
Xəbəraxını xəbər verir ki, məlumata görə, qızılın bir troya unsiyasının qiyməti 11,16 dollar azalaraq 4183,7 dollara enib.
Gümüşün bir troya unsiyasının qiyməti isə 0,13 dollar ucuzlaşaraq 60,83 dollar təşkil edib.
