Xankəndidə ilkə imza atıldı: 78 cüdoçu kəmər imtahanında iştirak etdi

Xankəndidə ilkə imza atıldı: 78 cüdoçu kəmər imtahanında iştirak etdi

Xankəndi şəhərində ilk dəfə kəmər dərəcələri üzrə rəsmi cüdo imtahanı təşkil olunub.

Xəbəraxını xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasından (ACF) məlumat verilib.

İmtahan Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbdə keçirilib. Tədbirdə ümumilikdə 78 idmançı iştirak edərək öz bacarıqlarını nümayiş etdirib.

Yaş qruplarına uyğun olaraq cüdoçular ağ-sarı, sarı, narıncı, yaşıl və göy kəmər dərəcələri üzrə imtahan veriblər. Sınaqları uğurla tamamlayan idmançılara müvafiq kəmərlər və sertifikatlar təqdim olunub.

Qeyd edək ki, kəmər imtahanları cüdoçuların texniki bilik və bacarıqlarını sistemli şəkildə inkişaf etdirməsinə, eləcə də idmana maraq və motivasiyalarının artırılmasına xidmət edir. Bu dərəcələr nüfuzlu daxili yarışlarda iştirak baxımından da mühüm əhəmiyyət daşıyır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir