Bakıda yeraltı və yerüstü piyada keçidlərində quraşdırılmış liftlərin əsaslı təmiri və yenilənməsi, eləcə də eskalatorların və əlil arabaları üçün platformaların dəyişdirilməsi planlaşdırılır.
Xəbəraxını xəbər verir ki, bu məqsədlə müvafiq satınalma proseduruna başlanılıb.
Məlumata görə, işlər paytaxtın 14 fərqli ünvanını əhatə edəcək. Layihənin həyata keçirilməsi üçün ümumilikdə 9 milyon 985 min 650 manat vəsaitin xərclənməsi nəzərdə tutulur.
Təmir və yenilənmə işlərinin hansı ünvanlarda aparılacağı ilə bağlı ətraflı siyahı müvafiq satınalma məlumatlarında təqdim olunub.
