Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında telefon danışığı baş tutub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında telefon danışığı baş tutub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında telefon danışığı baş tutub.Telefon söhbəti zamanı tərəflər Türkiyə-Qazaxıstan münasibətlərinin inkişafı, eləcə də regional gündəmdə olan məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Ərdoğan avqustun 23-də Qazaxıstanda keçirilən Qurultay seçkiləri ilə bağlı Tokayevi təbrik edib. Türkiyə lideri seçkilərdə iştirak səviyyəsinin yüksək olmasını həyata keçirilən islahatlara cəmiyyətin verdiyi dəstəyin göstəricisi kimi qiymətləndirib.

Türkiyə Prezidenti qarşıdakı dövrdə iki ölkə arasındakı əlaqələrin daha da genişləndirilməsi istiqamətində səylərini davam etdirəcəyini bildirib.

Məlumatı Türkiyə Prezident Administrasiyası “X” sosial şəbəkəsində yayıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir