Rusiya Müdafiə Nazirliyi Ukraynada müharibənin 1646-cı günü ilə bağlı Ukrayna ordusunun itkilərinə dair məlumatları yeniləyib.
Məlumata görə, Rusiya tərəfi müharibənin başlanmasından indiyədək Ukraynaya məxsus 674 təyyarə, 284 helikopter, 220 658 pilotsuz uçuş aparatı (PUA), 669 zenit-raket kompleksi, 30 734 tank və digər zirehli döyüş texnikasının məhv edildiyini iddia edir.
Həmçinin 1 775 reaktiv yaylım atəş sistemi, 36 284 artilleriya qurğusu və minaatan, eləcə də 70 338 xüsusi hərbi avtomobil texnikasının sıradan çıxarıldığı bildirilir.
Qeyd edək ki, açıqlanan rəqəmlər Rusiya Müdafiə Nazirliyinin məlumatlarına əsaslanır və onların müstəqil şəkildə təsdiqlənməsi mümkün deyil.
