Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan nümayəndələri regional məsələləri və koordinasiya imkanlarını müzakirə etmək üçün bu gün İran rəsmiləri ilə bir araya gələcəklər.
Xəbəraxını xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Görüşdə Səudiyyə Ərəbistanını müdafiə naziri, şahzadə Xalid bin Salman Ali-Səud, Pakistanı ordu rəisi Asim Munir, Türkiyəni isə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın təmsil edəcək.
Müzakirələrin regional koordinasiyanın gücləndirilməsi və bölgədəki vəziyyətlə bağlı fikir mübadiləsi ətrafında aparılacağı gözlənilir.
