Türkiyə millisi Millətlər Liqasına məğlubiyyətlə başlayıb
UEFA Millətlər Liqasının A Liqasının 1-ci qrupunda Türkiyə və Fransa milli komandaları üz-üzə gəlib.
“Xəbəraxını” xəbər verir ki, Kocaeli Stadionunda keçirilən qarşılaşmada Fransa millisi 1:0 hesabı ilə qalib gəlib.
Görüşün taleyini 54-cü dəqiqədə Kylian Mbappenin vurduğu qol müəyyənləşdirib. Fransalı futbolçu komandasını önə keçirib və matçın sonunadək hesab dəyişməyib.
Beləliklə, A Liqasında ilk oyununa çıxan Türkiyə millisi turnirə məğlubiyyətlə başlayıb.
Türkiyə yığması qrupdakı növbəti matçını sentyabrın 28-də İtaliyaya qarşı keçirəcək. Fransa isə ilk turdan 3 xalla ayrılıb.
