Türkiyədə məşhur simalar narkotik əməliyyatı çərçivəsində məhkəmə-tibbi ekspertizaya göndərilib

Türkiyədə məşhur simalar narkotik əməliyyatı çərçivəsində məhkəmə-tibbi ekspertizaya göndərilib

Türkiyədə tanınmış simalara qarşı narkotik maddələrlə bağlı yeni əməliyyat keçirilib.

Əməliyyat çərçivəsində saxlanılan Aras Bulut İynemli, Seyfullah Sağır (Sefo), Melis Sezen, Nilperi Şahinkaya, Hande Demir, Hasan Şaş, Melis İşiten, Yeşim Yeşilçimen, Anıl Durmuş, Sayat Zurnacı, Yağız Sabuncuoğlu, Aytaç Kart, Muhammet Kahyaoğlu və Aydan Osmanoğlu tibbi müayinədən keçirilib.

Müayinədən sonra həmin şəxslər Məhkəmə-Tibb Ekspertizası Müəssisəsinə göndəriliblər.

Baş Prokurorluğun açıqlamasına əsasən, şübhəlilərin narkotik və ya psixotrop maddələrdən istifadə etmələri, bu maddələrin istifadəsinə şərait yaratmaları və ya bunun üçün yer təmin etmələri ilə bağlı şübhələri dəstəkləyən sübutlar əldə edilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir