Türkiyədə futbol hakimləri ilə bağlı aparılan araşdırma çərçivəsində saxlanılan hakim Yasin Kol və köməkçi hakim Göktuğ Hazar Erel barəsində həbs qərarı verilib.
Xəbəraxını “Medyascope”a istinadən xəbər verir ki, məhkəmədə ifadələri dinlənildikdən sonra hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib və onlar cəzaçəkmə müəssisəsinə göndəriliblər.
DHA-nın məlumatına görə, prokurorluq Yasin Kolun oyunların nəticələrinə qanunsuz təsir göstərmək və təşviq mükafatı ilə bağlı, Göktuğ Hazar Erelin isə rəsmi sənəddə saxtakarlıq ittihamı üzrə həbs edilməsini tələb edib.
İş üzrə istintaq İstanbul Baş Prokurorluğu tərəfindən aparılır.
