Türkiyə millisində gözlənilməz dəyişiklik: Montellanın yerinə Sergen Yalçın gəlir?

Türkiyə millisində gözlənilməz dəyişiklik: Montellanın yerinə Sergen Yalçın gəlir?

“Beşiktaş”ın sabiq baş məşqçisi Sergen Yalçının Türkiyə milli futbol komandasının sükanı arxasına keçəcəyi iddia olunur.

Xəbəraxını xəbər verir ki, Türkiyə mətbuatının yaydığı məlumata görə, mütəxəssis Türkiyə Futbol Federasiyası ilə bütün məsələlərdə razılığa gəlib.

Məlumatda təyinatın yaxın saatlarda rəsmən açıqlana biləcəyi bildirilir.

İddialara əsasən, Sergen Yalçın bu vəzifədə bir neçə gün əvvəl istefa verdiyi deyilən Vinçenzo Montellanı əvəzləyə bilər. Təyinatla bağlı hələlik rəsmi təsdiq təqdim olunmayıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir