Tovuz rayonunda dəm qazından zəhərlənmə ölümlə nəticələnib. Hadisə rayon sakinlərindən birinin yaşadığı evdə baş verib.
Xəbəraxını Oxu.az-a istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü Ş. Əmrahova evində dəm qazından zəhərlənərək həyatını itirib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
