TikTok yazışmasına görə həyat yoldaşını döydü, qolunu odun parçası ilə sındırdı – Astarada şok hadisə

TikTok yazışmasına görə həyat yoldaşını döydü, qolunu odun parçası ilə sındırdı – Astarada şok hadisə

Astara rayonunda sosial şəbəkədə başqa qadınla yazışdığı üçün həyat yoldaşı ilə mübahisə edən kişi qadına ağır xəsarət yetirib. O, həyat yoldaşının qolunu odun parçası ilə sındırıb.

Xəbəraxını xəbər verir ki, hadisə rayonun Şuvi kəndində baş verib.

Məlumata əsasən, 1990-cı il təvəllüdlü, beş uşaq atası olan Sahib İsmayılov (şərti ad və soyad – red.) 2022-ci ildə də həyat yoldaşını döydüyünə görə cinayət məsuliyyətinə cəlb olunub və həbs edilib. O, 2025-ci ildə elan edilmiş amnistiya aktı ilə cəzasının çəkilməmiş hissəsindən azad olunub.

İddia olunur ki, bir müddət əvvəl “TikTok”da canlı yayım zamanı bir qadın Sahib İsmayılova hədiyyə olaraq gül göndərib. Daha sonra onun həmin qadınla yazışdığını görən həyat yoldaşı əsəbiləşərək evdəki “Wi-Fi”ı söndürüb.

Bu hərəkətə qəzəblənən kişi həyat yoldaşını döyüb, daha sonra isə odun parçası ilə onun qolunu sındırıb.

Hadisə ilə bağlı cinayət işi başlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Sahib İsmayılov saxlanılaraq istintaqa təhvil verilib. İş məhkəməyə göndərilib.

Məhkəmənin hökmü ilə o, yeddi ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir