Ombudsman olmaq istəyən 3 nəfərin adı AÇIQLANDI

Ombudsman olmaq istəyən 3 nəfərin adı AÇIQLANDI

Azərbaycanda İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. Namizədlər arasında hazırkı ombudsman Səbinə Əliyeva da var.

Xəbəraxını xəbər verir ki, məsələ bu gün Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında müzakirə olunacaq.

Ombudsman vəzifəsinə namizədlər aşağıdakılardır:

  • Səbinə Əliyeva – hazırkı ombudsman;
  • Ceyhun Qaracayev – hüquqşünas alim, professor, hüquq elmləri doktoru və Konstitusiya Məhkəməsinin keçmiş hakimi;
  • Elşanə Vəliyeva – Ali Məhkəmənin hakimi və Məhkəmə-Hüquq Şurasının Hakimlərin Seçki Komitəsinin üzvü.

Qeyd edək ki, İnsan Hüquqları üzrə Müvəkkil Prezidentin təqdim etdiyi üç namizəd arasından Milli Məclisdə 83 səs çoxluğu ilə seçilir. Seçki prosesi müvafiq Konstitusiya Qanunu ilə tənzimlənir.

Xatırladaq ki, Səbinə Əliyeva 2019-cu ilin noyabrında ombudsman vəzifəsinə seçilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir