Azərbaycanda səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi istiqamətində yeni qərar qəbul edilib. TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi tibbi xidmətlərin təşkili və səhiyyə müəssisələrinin idarə olunmasında dəyişikliklər üçün zəmin yaradır.
Xəbəraxını xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı yeni qərarla bağlı fikirlərini bölüşüb.
Deputatın sözlərinə görə, imzalanan fərman əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və tibbi xidmətlərə əlçatanlığın yaxşılaşdırılması baxımından əhəmiyyətlidir.
