Rusiya və İran “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin mühüm hissəsi olan Rəşt-Astara dəmir yolu layihəsinin icrasını müzakirə ediblər.
Xəbəraxını xəbər verir ki, Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk danışıqlar zamanı layihə üzrə torpaq sahələrinin alınması məsələsinin gündəmə gəldiyini bildirib.
Onun sözlərinə görə, İran tərəfi dəmir yolunun tikintisi üçün zəruri torpaq sahələrinin satın alınmasını təsdiqləyən rəsmi sənədi təqdim etməlidir. Rusiya tərəfi hazırda həmin sənədi gözləyir.
Rəşt-Astara dəmir yolu xəttinin tikintisi “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tamamlanması baxımından mühüm əhəmiyyət daşıyır. Layihənin həyata keçirilməsi Rusiya ilə İran arasında dəmir yolu əlaqəsini gücləndirməli və yükdaşımaların həcminin artırılmasına şərait yaratmalıdır.
