Sumqayıtda azyaşlının ayağı velosipedin pedalı ilə ramasının arasında sıxılıb qalıb.
Yaxınları uşağın ayağını çıxara bilmədikləri üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə müraciət ediblər.
FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunublar.
Xilasedicilər xüsusi vasitələrdən istifadə edərək azyaşlının ayağını təhlükəsiz şəkildə velosipeddən çıxarıblar.
