Siyahıyaalma qrupunun işçilərinin maaşları bəlli oldu – 70 faiz qaydası tətbiq ediləcək

Siyahıyaalma qrupunun işçilərinin maaşları bəlli oldu – 70 faiz qaydası tətbiq ediləcək

Azərbaycanda əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsində iştirak edəcək siyahıyaalma qrupunun əməkdaşlarının aylıq vəzifə maaşları təsdiqlənib.

Xəbəraxını xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, siyahıyaalma qrupunun rəhbəri və onun müavininin aylıq vəzifə maaşı Dövlət Statistika Komitəsi Aparatının təminedici şöbə müdirinin maaşının 70 faizi həcmində müəyyən olunub.

Rayon və şəhər statistika idarələri və şöbələrində fəaliyyət göstərəcək siyahıyaalma qrupu nümayəndələrinin maaşı isə müvafiq qurumun rəhbərinin aylıq vəzifə maaşının 70 faizi qədər olacaq.

İnformasiya-kommunikasiya texnologiyaları üzrə mütəxəssislərin əməkhaqqı da Dövlət Statistika Komitəsi Aparatının təminedici sektor müdirinin aylıq vəzifə maaşının 70 faizi səviyyəsində müəyyən edilib.

Sənəddə qeyd olunub ki, maaşların hesablanması zamanı müvafiq dövlət qulluğu vəzifələri üzrə qanunvericilikdə nəzərdə tutulan baza aylıq vəzifə maaşları, yəni birinci ödəniş pilləsi əsas götürüləcək.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir