Sabah Saatlı şəhərinin mərkəzində qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.
Xəbəraxını xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar sabah saat 10:00-dan etibarən işlər başa çatanadək Saatlı şəhər mərkəzinin qaz təchizatında fasilə yaranacaq.
Sakinlərə gündəlik işlərini planlaşdırarkən müvəqqəti məhdudiyyəti nəzərə almaları tövsiyə olunur.
