Bakıda qeyri-rəsmi münasibətdə olduğu qadını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirli bilinən 61 yaşlı məhbus həbsxanada insult keçirib.
Xəbəraxını xəbər verir ki, hadisə dünən axşam saatlarında cəzaçəkmə müəssisələrindən birində baş verib.
Məlumata görə, 1965-ci il təvəllüdlü Azər Şirməmməd oğlu Ağayev qəfil huşunu itirərək yıxılıb. O, təcili tibbi yardım göstərilməsi üçün müalicə müəssisəsinə çatdırılıb. Hazırda vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, A.Ağayev 2016-cı ildə Bakı sakini, 1971-ci il təvəllüdlü İlhamə Talıbovanı qətlə yetirməkdə ittiham olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 17 il müddətinə azadlıqdan məhrum edilib.
