Bakıda masaj salonlarının sahibindən 30 min manat tələb edildi – Təqsirləndirilən şəxsə hökm oxundu

Bakıda masaj salonlarının sahibindən 30 min manat tələb edildi – Təqsirləndirilən şəxsə hökm oxundu

Bakıda fəaliyyət göstərən “Red Light” və “Gold” masaj salonlarını işlədən Gülnarə İsayevadan hədə-qorxu yolu ilə 30 min manat tələb edən şəxs barəsində məhkəmə qərarı verilib.

Xəbəraxını xəbər verir ki, bu barədə xitab24.az məlumat yayıb.

Məlumata görə, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi üzrə cinayət işi başlanıb. Araşdırma zamanı Gülnarə İsayevanı rüsvayedici məlumatları yaymaqla hədələyən şəxsin 2002-ci il təvəllüdlü, Vətən müharibəsi iştirakçısı S.M. olduğu müəyyən edilib.

İddialara əsasən, həmin şəxs özünü vəzifəli şəxs kimi təqdim edərək 30 min manat müqabilində ona himayədarlıq göstərməyi də təklif edib.

Gülnarə İsayevanın hüquq-mühafizə orqanlarına müraciətindən sonra 24 yaşlı şəxs saxlanılıb.

Məhkəmənin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib. Lakin cəzası 2 il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir