Sentyabrın 9-da Azərbaycanda hava necə olacaq?

Sentyabrın 9-da Azərbaycanda hava necə olacaq?

Sentyabrın 9-da Azərbaycanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Gün ərzində əsasən yağmursuz hava müşahidə ediləcək, lakin bəzi ərazilərdə qısamüddətli az yağış ehtimalı var.

Küləyin istiqaməti də dəyişəcək. Şimal-qərb küləyi səhər saatlarında cənub-şərq küləyi ilə əvəzlənəcək.

Paytaxt və Abşeron yarımadasında temperaturun gecə 16-18°, gündüz 22-26° isti olacağı proqnozlaşdırılır. Atmosfer təzyiqi 764 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75%, gündüz isə 55-60% təşkil edəcək.

Bölgələrdə də havanın əsasən yağmursuz keçəcəyi bildirilir. Bununla belə, gün ərzində bəzi yerlərdə qısamüddətli leysan xarakterli yağış yağması və şimşək çaxması mümkündür. Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə duman müşahidə ediləcək.

Rayonlarda şərq küləyi əsəcək. Temperatur gecə 14-18°, gündüz 23-28° isti, dağlıq ərazilərdə isə gecə 7-12°, gündüz 15-19° isti olacaq.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir