Sentyabrın 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı və əsasən yağmursuz keçəcəyi gözlənilir.
Səhər saatlarında bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı və zəif duman müşahidə olunacağı ehtimal edilir. Şimal-qərb küləyi gün ərzində cənub-şərq küləyi ilə əvəzlənəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 20-22, gündüz 27-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 millimetr civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 faiz, gündüz isə 55-60 faiz olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Bununla belə, gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı və şimşək çaxacağı ehtimalı var. Gecə və səhər saatlarında dağlıq ərazilərdə duman müşahidə ediləcək. Şərq küləyi əsəcək.
Rayonlarda havanın temperaturu gecə 17-21, gündüz 29-34 dərəcə isti olacaq. Dağlıq ərazilərdə isə gecə 8-13, gündüz 20-25 dərəcə isti təşkil edəcək.
