Sentyabrın 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən olacağı, bəzi ərazilərdə arabir yağış yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv yağıntı, şimşək və güclü külək ehtimalı var. Yağıntının səhər saatlarında tədricən kəsiləcəyi, gün ərzində isə əsasən yağmursuz hava müşahidə olunacağı bildirilir.
Bakıda və Abşeronda temperatur gecə 18-20°, gündüz 23-26° isti olacaq. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək.
Rayonlarda da bəzi yerlərdə yağış, əsasən dağlıq və dağətəyi ərazilərdə isə leysan, şimşək və dolu gözlənilir. Gecə və səhər dağlıq ərazilərdə duman olacaq.
Aran rayonlarında temperatur gecə 18-21°, gündüz 25-29°, dağlıq ərazilərdə isə gecə 10-15°, gündüz 18-22° isti təşkil edəcək.
