Nepalda daşqın qurbanlarının sayı 900-ü keçib

Nepalda daşqın qurbanlarının sayı 900-ü keçib

Nepalda ötən həftə baş verən güclü daşqınlar nəticəsində ölənlərin sayı 903-ə yüksəlib.

Məlumata görə, itkin düşənlərin sayı da artaraq 4247 nəfərə çatıb. Onların arasında 600-ə yaxın əcnəbinin olduğu bildirilir.

Hazırda fəlakətin baş verdiyi ərazilərdə axtarış-xilasetmə əməliyyatları davam etdirilir. İşlərə təhlükəsizlik qüvvələrinin 20,8 min əməkdaşı cəlb olunub.

Qeyd edək ki, avqustun 26-da Nepal və Çin sərhədində güclü daşqın baş verib. İlkin ehtimala əsasən, fəlakətə zəlzələ nəticəsində buzlağın çökməsi səbəb olub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir