Sabah iki rayonda qaz kəsiləcək – Saat 10:00-dan diqqətli olun!

Sabah iki rayonda qaz kəsiləcək – Saat 10:00-dan diqqətli olun!

Oktyabrın 21-də Azərbaycanın iki rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Sakinlərə qazın verilişinin bərpa olunması üçün təmir işlərinin başa çatmasını gözləmək lazım gələcək.

Xəbəraxını xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, “Qaz İxrac” İdarəsi tərəfindən aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar oktyabrın 21-də saat 10:00-dan etibarən Daşkəsən və Ağstafa rayonlarının bəzi ərazilərinə təbii qazın verilişi dayandırılacaq.

Qaz təchizatının nə vaxt bərpa olunacağı işlərin başa çatma müddətindən asılı olacaq.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir