Azərbaycanda sabah bəzi ərazilərdə qeyri-sabit hava şəraiti müşahidə olunacaq. Ayrı-ayrı rayonlarda intensiv yağış, şimşək və dolu, yüksək dağlıq ərazilərdə isə qar yağacağı ehtimal edilir.
Xəbəraxını xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər saatlarında bəzi yerlərdə yağış yağa bilər. Şimal-şərq küləyi əsəcək.
Paytaxtda gecə temperatur 15-17, gündüz isə 19-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət isə 65-75 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı proqnozlaşdırılır. Ayrı-ayrı ərazilərdə yağışın leysan xarakterli, intensiv və güclü olacağı, şimşək çaxacağı və dolu düşəcəyi gözlənilir. Yüksək dağlıq ərazilərdə qar yağması ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Mülayim şərq küləyi əsəcək.
Rayonlarda gecə 13-17, gündüz 18-22 dərəcə isti olacaq. Dağlıq ərazilərdə isə gecə temperatur 5-9, gündüz 9-14 dərəcə isti təşkil edəcək.
